Hatayda güclü zəlzələ oldu

9 Noyabr 2023 07:11

Türkiyənin Hatay şəhərinin Kırıkhan rayonunda 4,8 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 8,28 km dərinlikdə olub. Təbiət hadisəsi 05:32-də (Bakı vaxtı ilə 06:32-də) qeydə alınıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Milli.Az