Putin vacib fərman imzaladı

8 Noyabr 2023 20:15

Rusiya Prezidenti Vladimir Putin bloklanan xarici aktivləri ilə bağlı fərman imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Kremlin mətbuat xidməti fərmanı rəsmi internet səhifəsində dərc edib.

Rusiya rəhbərinin imzaladığı fərmanda Rusiyada bloklanan xarici aktivlərin bir hissəsinin Qərbdə dondurulmuş Rusiya aktivlərinə dəyişdirilə biləcəyi nəzərdə tutulur.

Milli.Az