BMT-nin qarşısında Zəfər Gününə həsr olunmuş lövhələr - FOTO

8 Noyabr 2023 19:50

ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında mobil bilbordda Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.

LED lövhələrdə ingilis dilində "8 Noyabr - Azərbaycanın Zəfər Günü" sözləri həkk olunub, eyni zamanda İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin rəmzi olan xarıbülbül göstərilib.

Milli.Az