İsrail HAMAS-ın silah-sursat istehsalına məsul şəxsini məhv edib

8 Noyabr 2023 14:42

İsrail ordusu Qəzzada HAMAS-ın məsul şəxsini məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces - İDF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusunun və ölkənin Təhlükəsizlik Xİdmətinin (Şin Bet / Şabak) birgə əməliyyatları nəticəsində HAMAS döyüşçülərinin silah-sursatla təmin olunmasına, həmçinin raket istehsalına məsul olan Əbu Zina zərərsizləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun