Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO

8 Noyabr 2023 12:35

8 Noyabr - Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükut yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ziyarət çərçivəsində şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Həmçinin hərbi qulluqçular şəhid ailələri və onların yaxınları görüşüb, qayğıları ilə maraqlanıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun