“Real Madrid” öz futbolçusuna bir milyard avro qiymət qoydu

8 Noyabr 2023 12:53

Noyabrın 7-də "Real Madrid"in fransız yarımmüdafiəçisi Eduardo Kamavinqanın klubu ilə 2029-cu ilə qədər yeni müqavilə imzaladığı açıqlanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeni müqavilədəki təzminat məbləği bir milyard avro təşkil edir.

Bu barədə "X" sosial şəbəkəsində (keçmiş "Twitter") jurnalist Fabrizio Romano məlumat verib.

Xatırladaq ki, 20 yaşlı Kamavinqa iki il əvvəl Fransanın "Renn" klubundan kral komandasına keçib. Onun transfer məbləği 40 milyon avro olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun