Güney Azərbaycanda zəfər gününü belə qeyd etdilər

8 Noyabr 2023 11:04

Güney Azərbaycanda 8 noyabr Zəfər Günü qeyd edilib. 

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında görüntülər yayımlanıb.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin də işğaldan azad edilməsi ilə üst-üstə düşən "Qələbə günü" kimi qeyd olunan Şuşa şəhərinin işğaldan azad edilməsinin üçüncü ildönümündə Güney Azərbaycanın Urmiya və Təbriz şəhərlərində vərəqələr paylanıb.

Vərəqlərdə "Zəfər bayramınız qutlu olsun" yazılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun