“AliEkspress”lə bağlı təhqiqata başlandı

8 Noyabr 2023 07:56

Avropa Komissiyası onlayn satış platforması "AliEkspress"lə bağlı təhqiqata başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, komissiya platformanın müştəriləri qeyri-qanuni mallar, xüsusilə də dərman preparatlarının satışından necə qoruduğunu araşdırır. Şirkətdən noyabrın 27-dək Avropanın yeni qanunvericiliyinə necə əməl etdiyini izah etmək tələb olunur.

Milli.Az