Blinken üçün Qafqazda sülh... - Departament

7 Noyabr 2023 23:37

Azərbaycan və Ermənistan arasında sülh ABŞ üçün prioritet olaraq qalır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib.

"Beynəlxalq aləmdə baş verən hadisələrlə yanaşı, bu iki ölkə arasında sülh bizim üçün, dövlət katibi Blinken üçün prioritet olaraq qalır. Dövlət Departamenti bu məsələ ilə məşğul olmağa davam edəcək", - Patel qeyd edib.

Milli.Az