Qəzzanın mərkəzində döyüş: Son on ildə ilk dəfə...

7 Noyabr 2023 22:47

İsrail ordu qüvvələri (ÇAXAL) artıq Qəzza zolağının eyniadlı şəhərinin mərkəzində HƏMAS-a qarşı döyüşlər aparır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun Cənub komandanlığının rəhbəri, general-mayor Yaron Finkelman deyib.

"Biz hazırda Qəzzanın iri şəhərlərində döyüşlər aparırıq. Elə indicə oradan qayıtdım. Son on ildə ilk dəfədir ki, Qəzzanın ürəyində döyüşür. Terrorun ürəyində...", - deyə o bildirib.

Milli.Az