ABŞ hərbçiləri Suriyada atəşə tutuldu

7 Noyabr 2023 22:32

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbçilərinin olduğu hərbi baza atəşə tutulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, bazanın ərazisində partlayış səsləri eşidilib.

Hücumun təfərrüatları və onun nəticələri barədə məlumat verilmir.

Milli.Az