Kabildə partlayış: Xeyli ölən var

7 Noyabr 2023 22:24

Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunda baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Tolo News" telekanalı şəhər polisinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.

"Kabilin Dəşt-e Bərçi bölgəsində avtobusun partlaması nəticəsində azı 7 nəfər ölüb, 20 nəfər yaralanıb", - telekanalın açıqlamasında deyilir.

Milli.Az