Fələstin liderinin maşın karvanına hücum edildi

7 Noyabr 2023 21:00

Fələstin Prezidenti Mahmud Abbasın maşın karvanına silahlı hücum edilib, onun mühafizəçilərindən biri ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

Telekanal hücumun yeri barədə məlumat verməyib.

Eyni zamanda M.Abbasın vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur. Hücumun təfərrüatları dəqiqləşdirilir.

Milli.Az