“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırıldı

7 Noyabr 2023 19:35

Futbol üzrə Rusiya milli komandasının Kuba yığması ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, baş məşqçi Valeri Karpin 29 futbolçuya dəvət göndərib. 

Onların arasında "Qarabağ" klubunun qapıçısı Andrey Lunyov da var. 

32 yaşlı qolkiper Rusiya seçməsinə sonuncu dəfə 2021-ci ildə dəvət alsa da, ehtiyatda qalıb. 

Qeyd edək ki, Rusiya - Kuba qarşılaşması noyabrın 20-də keçiriləcək. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun