Aktivistlər məşhur tabloya hücum etdi

7 Noyabr 2023 19:22

İngiltərədəki "Just Stop Oil" adlı ekoloq qrupu Dieqo Velazkesin məşhur "Güzgüdəki Venera" tablosuna çəkiclə hücum edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Londonda Milli Qalereyada baş verən hadisədə 17-ci əsr rəsmini qoruyan şüşə dağıdılıb.

Britaniya polisi hücumu təşkil edən iki iqlim fəalını saxlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun