Ağdamda kəllə sümüyü tapıldı

7 Noyabr 2023 17:38

Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkarlanıb. 

Bu barədə Mili.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun