9 ayda kafe və restoranlara bu qədər pul xərcləmişik

7 Noyabr 2023 16:53

2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,4% artaraq 1018,3 milyon manat olub.

Milli.Az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edək ki, hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 19% artaraq 588,8 milyon manat olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun