Son günlər Bakıda hava şəraiti sabit keçsə də, istilik mövsümünün başlaması gecikməyəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.
"Artıq noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda (Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa) istiliyin verilməsinə başlanılıb. Digər ərazilərdə isə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm ərzində 561 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi və 2500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq baxçası, bölgələrdə 110 məktəb, 34 uşaq baxçası mərkəzləşdirilmiş istiliklə təmin ediləcək", - deyə qurumdan bildirilib
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində (Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı), noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik mövsümü başlayır. Qaydalara əsasən, dağlıq rayonlarında istilik mövsümünün 1 may, digər ərazilərdə isə 15 aprel tarixinə qədər davam edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun