Prezidentdən Zakir Həsənov və Hikmət Mirzəyevlə bağlı sərəncam

7 Noyabr 2023 13:45

Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az xəbər verir ki, Sərəncama əsasən, general-polkovnik Həsənov Zakir Əsgər oğlu və general-leytenant Mirzəyev Hikmət İzzət oğlu  "Qarabağ" ordeni ilə təltif ediliblər.

Milli.Az