Cərrahlıqda da oyunlar peyda oldu

21 May 2012 22:01
"Xbox Kinect" kamerasının əsasını təşkil etdiyi inqilabi sistem Londondakı "Qayz ənd Sent Tomas" hospitalında sınaqdan keçirilir.

Milli.Az "New Scientist"ə istinadən bildirir ki, kamera vasitəsi ilə pasiyentin bədəninn durumunu müşahidə etmək olar. Cərrah əlinin hərəkəti ilə əməliyyat zamanı skanlaşdırma və rentgen şəkillərinin nəticələri kimi görüntüləri dəyişə bilər.

Təmassız idarəetmə sterilliyini, konsentrasiyasını qorumağ və onlarla assistentə müraciət etmədən vaxta qənaət etməyə imkan verir.

Yeni sistemin müəllifi Kembricdəki "Microsoft Research" şirkətinin əməkdaşı Jerardo Qonsalesdir.
Sistem cərrahiyyə əməliyyatı zamanı cərrahın jestlərini anlaya bilir.
Sistemi sınaqdan keçirmiş cərrahlar konsolu çox yaxşı dəyərləndirirlər.

Milli.Az