"Qarabağ"ın futbolçusu yenidən milliyə çağırıldı

7 Noyabr 2023 10:16

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç yenidən Monteneqro millisinə dəvət alıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç 30 nəfərlik heyətə 28 yaşlı futbolçunun da adını daxil edib.

İlkin heyətdə yer alan yığma üzvləri arasında sonradan seçim aparacaq. Yankoviçdən fərqli olaraq, "Qarabağ"ın digər futbolçusu, zədədən yeni dönən müdafiəçi Marko Veşoviç bu dəfə yığmaya çağırılmayıb.

Monteneqro millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 16 noyabrda Litva, 19 noyabrda isə Macarıstanla qarşılaşacaq.

Milli.Az