Devid Bouinin əlyazması bu qiymətə satılır

7 Noyabr 2023 09:35

Britaniyalı mərhum müğənni-bəstəkar Devid Bouinin "Rock 'n' Roll Suicide" və "Suffragette City" mahnılarının əlyazma sözləri 100 min funt sterlinqə (təxminən 210 330 manat) auksiona çıxarılacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi sözləri bir A4 vərəqinin hər iki tərəfinə yazıb. 

Musiqi artefaktı "Omega" hərrac evi tərəfindən satışa çıxarılacaq.

Qeyd edək ki, sözügedən bəstələr ilk dəfə 1972-ci ildə "The Rise and Fall of Ziggy Stardust and the Spiders from Mars" klassik albomunda işıq üzü görüb.

Milli.Az