İran Prezidentinin və bəzi digər ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanı başçılarının xahişi ilə tezliklə Ər-Riyadda İslam dövlətləri rəhbərlərinin görüşü keçiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı və İran İslam Respublikasının xarici işlər nazirləri telefon danışığı zamanı müzakirə ediblər.
Telefon məsləhətləşmələri zamanı Fələstində baş verən hadisələrin nəzərdən keçirilməsi, Qəzzada və İordan çayının qərb sahilindəki hadisələrə son qoyulması, humanitar yardımların göndərilməsinin davam etdirilməsi məqsədilə İslam Əməkdaşlıq Təşkilatı liderlərinin fövqəladə toplantısının təşkil olunması vurğulanıb.
Milli.Az