Dəhşətli QƏZA: Maşın aşıb yandı, altı nəfər öldü

7 Noyabr 2023 08:13

Türkiyədə ağır yol qəzası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Siirt vilayətində baş verib.

İdarəetmədən çıxan avtomobil aşıb və yanmağa başlayıb.

Yanğında aralarında uşaqların da olduğu altı nəfər həyatını itirib.

Qəzadan xəsarətlə çıxan sürücü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Milli.Az