Məhəmməd Salah yayda Səudiyyə Ərəbistanına köçə bilər

6 Noyabr 2023 23:53

"Liverpul"un misirli forvardı Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, futbolçu artıq "Əl İttihad" klubu ilə ilkin razılaşmaya imza atıb.

Bu transferdən İngiltərə klubunun qazancı 150 milyon sterlinq olacağı gözlənilir.

Yay transfer bazarında fəal olan "Əl İttihad" Luiz Felipe, Fabinyo, Nqolo Kante, Kərim Benzema və Jota kimi ulduz futbolçuları heyətinə qatıb.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul" forması ilə 15 oyunda 10 qol, 4 asistlə yadda qalıb.

Milli.Az