Tupakın adı küçəyə verildi - FOTO

6 Noyabr 2023 22:49

Kaliforniyanın Oklend şəhərindəki bir küçə hip-hop əfsanəsi Tupakın şərəfinə "Tupac Shakur Way" adlandırılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu yol MakArtur bulvarının yaxınlığında, reperin 90-cı illərdə yaşadığı ərazinin yaxınlığında yerləşir.

Rəsmi küçə adlarının dəyişdirilməsi mərasimində "E-40", "MC Hammer", "Money-B", "Too Short" kimi reperlər və Tupakın ailə üzvləri iştirak edib.

Qeyd edək ki, mərhum reper 1996-cı il sentyabrın 13-də vəfat edib. Sentyabrın 7-də "BMW" markalı avtomobilində bir neçə güllə yarası alan sənətçini həkimlər xilas edə bilməyiblər.

Milli.Az