Köçəryanın oğlu azadlığa buraxıldı

6 Noyabr 2023 20:58

Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon azadlığa buraxılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Levon Köçəryan dörd xüsusi təyinatlı polis əməkdaşını döyməkdə ittiham edilərək həbs olunmuşdu. O, 2 aya yaxın həbsdə qalıb.

Milli.Az