“Qarabağ”a qol vuran futbolçu “Liverpul”a keçir

6 Noyabr 2023 20:41

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer"in futbolçusu Florian Virts karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin xidmətində "Liverpul" maraqlıdır. Bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi gənc vinger üçün qışda Almaniya klubuna rəsmi təklif göndərəcək.

Florian Virts "Bayer"in "Qarabağ"ı 5:1 hesabı ilə məğlub etdiyi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Milli.Az