Bu şəxslərə vergi güzəşti ediləcək

6 Noyabr 2023 18:07

Azərbaycanda dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatına vergi güzəşti və azadolma tətbiq ediləcək.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, əlavə pul təminatının məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edəcək.

Milli.Az