UEFA "Qarabağ" klubuna ödəniş etdi

6 Noyabr 2023 17:15

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Milli.Az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ Avropa Liqasının qrup mərhələsində qazanılan iki qələbəyə və turnirdə iştiraka görə verilib.

Qurum tərəfindən ayrılan 1 milyon 320 min 105 avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə ölkə çempionunun hesabına köçürülüb.

Milli.Az