Yanacaqdoldurma məntəqəsinə basqın
19 May 2010 12:25
Hadisə Ağdaş rayonunda baş verib. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qırmızı rəngli "VAZ-2107" markalı avtomobildə olan 4 naməlum şəxs Əmralı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə girərərk oranın işçisi Nicat Hacıyevi bıçaqla hədələyib ondan 600 manat pul alıblar.
Naməlum şəxslər pulu aldıqdan sonra hadisə yerindən qaçıblar.
Faktla bağlı axtarış tədbirləri aparılır.
Anar Məmmədov
Milli.Az