Qarabağı könüllü tərk edənlərə Ermənistan vətəndaşlığının verilməsi sadələşdiriləcək

6 Noyabr 2023 15:03

Qarabağı könüllü tərk edən ermənilərin Ermənistan vətəndaşlığını alması prosesi mümkün qədər sadələşdiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Miqrasiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Qarabağı könüllü tərk edən ermənilərə növbəsiz xidmət göstərilir, müraciətlərin operativ qəbulu və müzakirəsi mexanizmləri hazırlanır.

Milli.Az