"Apple" şirkəti Android cihazlarını məxfilik baxımından "Apple" cihazlarından nəzərəçarpacaq dərəcədə aşağı olduğunu bildirib.
Milli.Az lent.az-a istinadən bildirir ki, hazırda ABŞ-da Ədliyyə Nazirliyi ilə "Google" arasında antiinhisar məhkəməsi gedir. Belə ki, "Google" şirkəti "Apple" və digər brauzerlərin defolt axtarış sistemi olmaq hüququ üçün müqavilələr bağlamaqda ittiham olunur.
Məhkəmə zamanı Android cihazları "kütləvi nəzarət vasitəsi" adlandırılıb.
Bildirilir ki, iOS və ya Android fərq etmədən, bütün mobil cihazlar öz istifadəçilərini bu və ya digər şəkildə izləyir. Amma Android hələ də bu baxımdan iOS-dan nəzərəçarpacaq dərəcədə geri qalır.
Milli.Az