Dünyanın ən sürətlə batan şəhərləri - RİSK ALTINDADILAR

8 Noyabr 2023 15:00

Tədqiqatçılar daşqın nəticəsində məhv olmaq ərəfəsində olan şəhərin adını açıqlayıblar. Alimlər deyirlər ki, şəhərlər binaların ağırlığından tutmuş yeraltı suların həddindən artıq vurulmasına qədər müxtəlif səbəblərdən batır.

Milli.Az lent.az-a istinadən bildirir ki, xüsusilə, bu ilin əvvəlində peyk məlumatlarından istifadə etməklə aparılan araşdırma Nyu-York şəhərinin nisbətən sürətlə - ildə 1-2 millimetr batdığını göstərib.

Alimlərin fikrincə, buna səbəb olan amillərdən biri şəhərin hündürmərtəbəli binalarının ağır çəkisidir. Onlar həmçinin hesab edirlər ki, qrunt sularının həddindən artıq vurulması nəticəsində şəhərlər boğulur.

2022-ci ildə tədqiqatçılar 2015-2020-ci illər arasında toplanmış peyk məlumatlarından istifadə edərək daşqın riski olan 99 sahil şəhərinin çökmə nisbətlərini ölçüblər. Onlar məlum ediblər ki, əksər şəhərlərdə torpaqların bir hissəsi dəniz səviyyəsinin yüksəlməsindən daha tez çökür, yəni bu şəhərlər gözləniləndən daha tez daşqın riski ilə üzləşə bilər.

Tədqiqatda Cənub, Cənub-Şərqi və Şərqi Asiyada ən sürətli torpaq çökməsini qeydə alıb. Bununla belə, Şimali Amerikada, Avropada, Afrikada və Avstraliyada da sürətli batmaq qeydə alınıb.

Alimlər araşdırmanın nəticələrinə əsasən ən çox batmış şəhərlərin reytinqini də tərtib ediblər:

Tianjin, Çin - ildə 5,22 santimetr sürətlə batır,

Semarang, İndoneziya - ildə 3,96 santimetr sürətlə batır,

Cakarta - ildə 3,44 santimetr sürətlə batır.

Həmçinin, ilk 10-luğa daxil olan yeganə Amerika şəhəri ildə 1,95 santimetr sürətlə batan Hyuston olub.

Bununla belə, Mexiko dünyanın ən sürətlə batan şəhəri olaraq qalır. 2021-ci ildə aparılan bir araşdırma, şəhərin 1950-ci ildən bəri kifayət qədər sabit sürətlə ildə 50 santimetr batdığını göstərib. Çökmə qrunt sularının çəkilməsi ilə deyil, şəhərin salındığı gillə zəngin göl yatağının sıxılması ilə əlaqədardır.

Milli.Az