"Real"ın iki seçimi var: Ya Mbappe, ya da o...

6 Noyabr 2023 13:23

 "Real Madrid" klubu Kilian Mbappeni transfer edə bilməsə, "Bayern" klubunun hücumçusu üçün hərəkətə keçəcək. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "Kral klubu" Camal Musialanın transferinə çalışacaq. Bu barədə "ESPN" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Mbappenin PSJ ilə sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Madrid təmsilçisi ötən günlərdə bəyanat yayaraq, fransız forvardla klub arasında razılıq əldə olunması ilə bağlı iddiaları təkzib edib. 

Milli.Az