Rusiya Günəş sistemindən kənara cihaz buraxmağı planlaşdırır

6 Noyabr 2023 08:36

Rusiyalı mütəxəssislər ulduzlararası fəzanın tədqiqi və kosmik cihazın Günəş sistemindən kənara uçması layihəsini hazırlayırlar.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə noyabrın 5-də Keldış Mərkəzinin ("Roskosmos" dövlət korporasiyasının bir hissəsi) baş direktoru Vladimir Koşlakov deyib.

"İndi ulduzlararası məkanın tədqiqi üçün layihə formalaşdırılır və Günəş sistemindən kənara bir cihazın uçuşu ilə kosmik təcrübə hazırlanır", - o vurğulayıb.

Koşlakov əmin edib ki, qurğu Keldış Mərkəzində hazırlanmış dünyanın ən güclü plazma mühərriki ilə təchiz olunacaq. O əlavə edib ki, cihaz uzun illər işləyə biləcək.

Milli.Az