Bu şəxslərin təqaüdü azaldıla bilər

6 Noyabr 2023 06:20

Bəziləri peşə məktəblərinə təqaüd qazanmaq üçün gəlməyə çalışır. Ona görə də təqaüdün miqdarının azaldılmasını düşünürük.

Milli.Az mətbuat-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.

Nazir bildirib ki, məşğulluq bazarlarına aktivlik üçün gəlinməsi yaxşı olardı: "Dövlət peşə hazırlıqları mərkəzləri üzrə monitorinq nəticələri 75% ətrafındadır".

Milli.Az