İsrail HƏMAS-ın ən mühüm qalasını ələ keçirdi

5 Noyabr 2023 22:40

İsrail Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində Fələstin HƏMAS hərəkatının ən mühüm qalalarından birinin ələ keçirildiyini açıqlayıb.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Aviçai Adrai "Sky News Arabia" telekanalına açıqlamasında bildirib.

"Biz HƏMAS-ın Beyt Hanun bölgəsindəki ən mühüm qalalarından birini ələ keçirdik ki, bu da bizə çoxlu kəşfiyyat məlumatları verdi", - deyə Adraei bildirib.

Qeyd edək ki, bundan əvvəl İDF Fələstinin Həmas hərəkatının 20-dən çox yüksək rütbəli komandirinin məhv edildiyini bildirmişdi.

Milli.Az