Moskvanın mərkəzində atışma baş verdi

5 Noyabr 2023 22:03

Moskvanın mərkəzində restoranlardan birində odlu silahdan atəş açılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə paytaxtın hüquq-mühafizə orqanları məlumat yayıb.

İnsidentin Şlyüzovaya sahilində qeydə alındığı bildirilib. Məkana gələn naməlum şəxs tapançadan atəş açıb.

Hazırda xəsarət alanların olub-olmaması araşdırılır.

Milli.Az