«Kimya Əli» Səddam Hüseynin yanında dəfn olundu
27 Yanvar 2010 16:45
RİA "Novosti"nin məlumatına görə, həmin yerdə Səddamın Amerika qoşunları tərəfindən qətlə yetirilmiş iki oğlu - Udey və Kusey, həmçinin İraqın sabiq vitse-prezidenti Yasin Ramadan və Səddama yaxın olmuş digər şəxslərin də məzarları var.
Xatırladaq ki, "Kimya Əli" ləqəbi ilə tanınmış əl-Məcid insanlığa qarşı bir sıra qatı cinayətlərdə təqsirli bilindiyi üçün edam olunub. 1988-ci ildə Halabca şəhərində zəhərli qazdan istifadə etməklə, 5 minədək kürdün ölümündə də əsas günahkarlardan biri "Kimya Əli" hesab olunur.
Milli.Az