Türkiyədə etirazçılar ABŞ hərbi bazasına hücum çəkdilər

5 Noyabr 2023 19:49

Adanada İncirlik bazası qarşısında HƏMAS-la müharibə edən İsrail və İsrailə dəstək verdiyini bəyan edən ABŞ-yə qarşı etiraz aksiyası keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, etirazçılardan bir qrup şəxs Adanadakı İncirlik bazası ərazisinə daxil olmağa cəhd edib.

Polis baza ətrafındakı küçə və prospektləri bağlayaraq təhlükəsizlik tədbirləri görüb.

Nümayişmilərin radikal qrupuna qarşı bibər qazı istifadə edilib.

Milli.Az