Ermənistanın Baş naziri Nikol Paşinyan ərazilərin (Qarabağın da daxil olduğu Azərbaycan ərazisi - red.) 1991-ci il sərhədləri daxilində tanınması bəyanatını, görünür, Qərbin təsiri altında verib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"O, bəyanatlar verdi ki, biz (İrəvan - red.) əraziləri (Azərbaycanın ərazi bütövlüyünü - red.) 1991-ci ilin xəritəsinə görə tanıyacağıq... O, birbaşa Azərbaycana və Ermənistana məxsus olan ərazilərin adını çəkdi (söhbət 86,6 min kv.km və 29,8 min kv.km rəqəmlərindən gedir - red.). Düşünürəm ki, o, bu etirafları, bəyanatları Qərbin təsiri altında verib. Paşinyan onlarla danışıqlar aparıb", - Patruşev bildirib.
Milli.Az