Azər Məmmədov istefa verəcək?

4 Noyabr 2023 20:45

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Kəpəz" matçından sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov komandadan getmək istədiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə deyib:

"Bu gün rəhbərliklə görüşəcəm. Söhbətimiz olacaq. Qərar nə olacaqsa, yaxın günlərdə açılnacaq. Getmək haqda düşünürəm". 

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 1:7 hesablı məğlubiyyəti ilə nəticələnib.

Milli.Az