“Qarabağ”ın bu futbolçusu 1 ildən sonra meydana çıxdı - FOTO

4 Noyabr 2023 19:00

"Qarabağ"ın futbolçusu Abbas Hüseynov 1 ildən sonra komandasının heyətində meydana çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Ağdam komandasının "Kəpəz"ə qarşı keçirdiyi matçın 70-ci dəqiqəsində Toral Bayramovu əvəzləyib.

Ötən il qış fasiləsində zədələnən müdafiəçi bu mövsüm ilk dəfə meydançaya ayaq basıb.

Qeyd edək ki, qarşılaşmada "Qarabağ" 7:1 hesabı ilə qalib gəlib.

Milli.Az