Yanvar-apreldə magistral kəmərlərlə 15,6 milyon neft nəql olunub
19 May 2010 12:31
Milli.Az xəbər portalı Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, nəqletmənin 76,3 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri ilə həyata keçirilib. Ötən dörd ayda bu kəmər vasitəsilə 11,9 milyon ton neft ötürülüb.
Yanvar-aprel aylarında magistral qaz kəmərləri ilə 6,4 milyard kubmetr və ya 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox qaz nəql edilib. Nəql edilmiş qazın 28,1 faizi Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib. Kəmərlə 1,8 milyard kubmetr qaz ötürülüb.
Milli.Az