Tərtərdə mina partlayışı səngimək bilmir - VİDEO

4 Noyabr 2023 20:07

Tərtər sakini minaya düşüb, təcili xəstəxanaya yerləşdirilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, minaya düşən 24 yaşlı Əli Ağalarov bildirib ki,  Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib. O ərazinin minalı olmasından xəbərsiz olduğunu deyir.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Hazırda Bərdə rayon mərkəzi xəstəxanasında olan Əli Ağalarov həkim nəzarəti altındadır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az