“Past”: Köçəryanın oğlu deputat olacaq

4 Noyabr 2023 15:34

"Xəbər verildiyi kimi, Ermənistan parlamentində müxalif "Ermənistan" blokunun deputatı, professor Armen Çarçyan bu yaxınlarda mandatdan imtina edib".

Dünən o da məlum olub ki, siyahıda ondan sonra gələn Mirdat Mədətyan, Angela Nalbəndyan və Gerasim Vardanyan MSK-ya onun yerinə mandatı almayacaqları barədə ərizə veriblər.

Belə olan halda növbə Robert Köçəryanın oğlu Levona çatır. Dünən bununla bağlı ehtimal olaraq informasiya da yayılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, erməni mediasının məlumatına görə, yerli "Past" qəzeti məsələ ilə əlaqədar yeni məlumat əldə edib.

Qəzetin yazdığına görə, siyahıda 50-ci yerdə gələn və hazırda həbsdə olan  Levon Köçəryan mandatı qəbul edib.

Levon Köçəryan bu ilin sentyabrın 22-də İrəvanda Paşinyan iqtidarına qarşı iğtişaşları təşkil etdiyi üçün saxlanılıb.

Milli.Az