"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Premyer Liqada "Mançester Siti"yə məğlubiyyətdən sonra (0:3) Markus Reşfordun gecə məclisinə getməsinə münasibət bildirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis futbolçunun ondan üzr istədiyini bildirib:
"Bundan xəbərim var, onunla danışmışam. Qəbuledilməzdir. Markus üzr istədi, vəssalam. Bu daxili məsələdir. Vəziyyəti düzəltmək üçün çox həvəslidir. O səhv edib, amma səhv etdiyini başa düşüb, bizimlədir. Hər şey qaydasındadır".
"Mançester Yunayted"in forvardı 26 yaşını qeyd etmək üçün məşhur gecə klubuna yollanıb (oktyabrın 31-də anadan olub - red.). Gecə məclisi səhərə qədər davam edib. Lakin Reşford bazar ertəsi komandanın məşqini qaçırmayıb.
Milli.Az