Messi gələcək karyerası ilə bağlı nöqtəni qoydu

4 Noyabr 2023 16:30

"İnter Mayami"də olan  Lionel Messi bir daha Avropada bir komandada oynamayacağını bildirib.

Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Argentinalı ulduz açıqlamasında "ABŞ-a gələrək yeni bir addım atdım. Bir daha Avropada oynamaq üçün geri dönəcəyimi düşünmürəm" deyib.

Messi tam açıqlamasında : " Avropada arzuladığım hər şeyi qazandım, uzun illər oynadığım yerdə ABŞ-a gələrək yeni bir addım atdım. Bir daha Avropada oynamaq üçün geri dönəcəyimi düşünmürəm" deyib.

Bu açıqlama ilə yenidən Avropada Messini izləmək arzusunda olan futbolsevərlər pərişan olublar.

Milli.Az