Putinin müfti ilə salamlaşması hamını təəccübləndirdi - VİDEO

4 Noyabr 2023 14:21

Rusiya Prezidenti Vladimir Putinin İctimai Palatanın nümayəndələri ilə keçirdiyi görüşdə maraqlı dialoq yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü müfti Albir Krqanov Putinə sual vermək üçün ayağa qalxıb.

O, Rusiya liderinə müraciətini "Salam aleykum" sözü ilə başlayıb. Putin isə öz növbəsində müftiyə  "Aleykum salam" deyə cavab verib. 

Putinin bu cavabı zaldakıların marağına səbəb olub və alqışla qarşılanıb.

Milli.Az